Menyu

Tiaqo Silva yayda "Çelsi"ni tərk edəcək

Əziz Əzizli
Tiaqo Silva yayda "Çelsi"ni tərk edəcək

39 yaşlı braziliyalı müdafiəçi Tiaqo Silva bu mövsüm başa çatdıqdan sonra London “Çelsi”sini tərk edəcək.

Bu barədə "Operativ Media" klubun saytına istinadən xəbər verir.

“Bu kluba bir il oynamaq üçün gəlmişm, amma dörd il qaldım. Bu klub mənim üçün, ailəm üçün önəmlidir. Oğullarım “Çelsi”də oynayır. “Çelsi” ailəsinin üzvü olduğum üçün çox fəxr edirəm. Ümid edirəm ki, oğullarım karyeralarını burada davam etdirə biləcəklər.

Ümid edirəm ki, yaxın gələcəkdə başqa bir rolda qayıdacağam. Kluba olan sevgim sözlə ifadə edilə bilməz. Mən yalnız təşəkkür edə bilərəm. Əlvida demək çətindir. Amma qayıtmayanla vidalaşırlar. Ümid edirəm ki, bir gün qayıdacağam” deye Tiaqo Silva bildirib.

Braziliya millisinin sabiq futbolçusu 2020-ci ildə azad agent kimi “Çelsi”yə keçib. Bu müddət ərzində o, Çempionlar Liqasının çempionu, klublararası dünya çempionu, Avropa Superkubokunun qalibi olub

Teqlər:

"Tiaqo Silva yayda \"\u00c7elsi\"ni t\u0259rk ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər