Azərbaycan şahmatçısı Avropa çempionu oldu
Əziz Əzizli
Yunanıstanın Rodos adasında təşkil edilən qadın şahmatçılar arasında Avropa çempionatında 10-cu turun oyunları keçirilir.
"Operativ Media" xəbər verir ki, azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyeva cari turda gürcüstanlı Nino Batsiaşvili qarşılaşıb.
Partiya bərabərliklə yekunlaşıb. Bununla da aktivindək xalların sayını 8,5-ə çatdıran xanım zəka sahibi Avropa çempionu olub.
Avropa Şahmat İttifaqı tərəfindən qadınlar arasında şəxsi Avropa çempionatı 2000-ci ildən təşkil olunur. Ülviyyə Fətəliyeva şəxsi qitə çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net