Menyu

Azərbaycan idmançısı Rusiyada iki qızıl medal qazandı

Əziz Əzizli
Azərbaycan idmançısı Rusiyada iki qızıl medal qazandı
1 dəq oxu

Azərbaycan pauerliftinqçisi Ramil Əhmədov Sankt-Peterburqda (Rusiya) keçirilən pauerliftinq üzrə Konstantin Konstantinovun xatirəsinə beynəlxalq turnirdə iki qızıl medal qazanıb.

"Operativ Media" xəbər verir ki, 100 kq-a qədər çəki dərəcəsində yarışan Ramil Əhmədov öz kateqoriyasında ümumilikdə 3 cəhddə 790 kq-ı qaldıraraq birinci olub. O, ümumi təsnifatda da ən yaxşısı olub və bununla da iki qızıl medal qazanıb.

Ümumi təsnifatda qazandığı qələbə sayəsində Ramil Əhmədov WRPF/WEPF 2024 Dünya Çempionatına vəsiqə qazanıb.

Əlaqəli Xəbərlər