Menyu

Tuxel: "Ançelotti əfsanə sayıla bilər"

Əziz Əzizli
Tuxel: "Ançelotti əfsanə sayıla bilər"

“Bavariya”nın almaniyalı baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının yarımfinal mərhələsinin “Real Madrid”lə ilk oyunu öncəsi kral komandasının italiyalı baş məşqçisi Karlo Ançelotti haqda  danışıb.

Bu haqda "Operativ Media" Goal.com saytına istinadən xəbər verir.

“Ançelottinin futbolçu və məşqçi kimi futbola böyük töhfəsi var. Onu əfsanə saymaq olar, amma əvvəlki kimi çox təvazökardır. Ançelotti La Liqada daha bir çempionluq titulunun astanasındadır”.

Tuxel yayda "Bavariya"nın baş məşqçi postunu tərk edəcək.

“Bavariya” və “Real” arasında ilk oyun aprelin 30-da Münhendə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq

Teqlər:

"Tuxel: \"An\u00e7elotti \u0259fsan\u0259 say\u0131la bil\u0259r\""

Əlaqəli Xəbərlər