Menyu

Acun Ilıcalı Sloveniyadan klub alır

Əziz Əzizli
Acun Ilıcalı Sloveniyadan klub alır

İngiltərə Çempionşipdə çıxış edən "Hall Siti"nin sahibi Acun Ilıcalı daha bir klub alır. Əvvəllər İrlandiyadan klub almağı planlaşdıran, lakin sonradan imtina edən Ilıcalı Sloveniyaya üz tutub.

"Operativ Media" xəbər verir ki, Acun Ilıcalı Sloveniyadan "Sportklub"a verdiyi açıqlamada, "Sloveniyada hansı klubun bizə daha uyğun olduğunu araşdırdıqdan sonra bu klubun "Maribor" olduğuna qərar verdik. Keçən həftə Mariborda idim, şəhəri və stadionu çox bəyəndim. Klubu idarə edən insanları da çox bəyəndim" deyə bildirib.

Mariborun ən yaxşı layihə olduğunu ifadə edən Ilıcalı, "Başqa klublara da hörmət edirəm. "Mura" çox uğurludur, "Olimpiya" Avropada mühüm işlər gördü, amma Maribor da. Nəhayət, bir qərar verməli olduq.İki ay araşdırdıq və düşündük. "Biz "Maribor"un doğru layihə olduğuna qərar verdik" deyə bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər