Menyu

Ançelotti: "Yarımfinala çıxacağımızı düşünən azdı"

Əziz Əzizli
Ançelotti: "Yarımfinala çıxacağımızı düşünən azdı"

“Real Madrid”in italiyalı baş məşqçisi Karlo Ançelotti Münhen “Bavariya”sı ilə gözlənilən qarşıdurma haqda danışıb.

"Operativ Media" xəbər verir ki, komandalar Çempionlar Liqasının yarımfinalında üz-üzə gələcək.

“Biz ilk matça inamla yanaşırıq, lakin başa düşürük ki, bizimlə çox güclü oyunçulardan ibarət yüksək keyfiyyətli komanda qarşılaşacaq.

Yarımfinala çıxdığımız üçün xoşbəxtik, çünki az adam bizim burada olacağımızı düşünürdü, amma buradayıq. Bu, bizdə yenidən Çempionlar Liqasının finalında ola biləcəyimizə inam verir. Ancaq unutmaq lazım deyil ki, yarımfinal 180 dəqiqə davam edir”.

“Bavariya” və “Real” arasında ilk oyun aprelin 30-da Münhendə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər