30 Aprel 2024, 14:29
"Qalatasaray"ın futbolçusuna məşqçilik təklifi gəldi

37 yaşlı Dris Mertens bu mövsüm "Qalatasaray"dakı çıxışı ilə adından söz etdirib. "Sarı-qırmızılar"ın daha 1 il komandada saxlamaq istədiyi belçikalı futbolçu ilə keçmiş klubu "Napoli" əlaqə saxlayıb.
"Operativ Media" "Fanatik"ə istinadən xəbər verir ki, bu yaxınlarda İtaliyaya qısamüddətli istirahətə yollanan Dris Mertens əfsanəsi olduğu "Napoli" klubunun futbolçuları və klub rəsmilərinin böyük diqqətinin şahidi olub. Köhnə dostları ilə burada görüşən Mertensə "Napoli" cəbhəsi futboldan ayrıldıqdan sonra məşqçilik təklif edib.
Bu təklifdən çox qürur duyduğunu bildirən Mertens futbolu bitirmək barədə hələ qərar vermədiyini bildirib. Hazırda yeganə diqqətinin "Qalatasaray" olduğunu bildirən belçikalı futbolçu hələlik təklifi rədd edib.