Kilyan Mbappe 17-ci titulunu qazanıb
Əziz Əzizli
Fransanın yeni çempionu PSJ-nin 25 yaşlı hücumçusu Kilyan Mbappe peşəkar karyerasında 17-ci titulunu qazanıb.
"Operativ Media" xəbər verir ki, Fransa çempionatının bitməsinə 4 oyun qalmış PSJ 12-ci çempionluğunu təmin edib.
Mbappe PSJ ilə 6, "Monako" ilə 1 dəfə ölkə çempionu olub. Paris klubunda o, həm də Fransa kubokunun və Superkubokunun üçqat qalibi, Fransa Liqasının ikiqat qalibi olub.
Mbappe 2018-ci ildə dünya çempionu olan Fransa yığmasının oyunçusu olub.
Cari mövsümdə Mbappe 44 oyunda 43 qol vurub, 10 məhsuldar ötürmə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net