Azərbaycan Avropa Kubokunda 147 cüdoçu ilə təmsil olunacaq
Əziz Əzizli
Göygöldə yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku turniri keçiriləcək.
"Operativ Media" xəbər verir ki, Azərbaycanın ikinci dəfə ev sahibliyi etdiyi turnirə Fransa, Xorvatiya, Serbiya, Gürcüstan, Sloveniya, Yunanıstan, İtaliya, Özbəkistan, Qırğızıstan, Türkiyə, Ukrayna, Qazaxıstan, Lüksemburq və fərdi neytral idmançılar olmaqla 400-ə yaxın cüdoçu qatılacaq.
Azərbaycan yarışda qızlar və oğlanlar arasında 16 çəki dərəcəsində 147 cüdoçu (102 oğlan və 45 qız) ilə təmsil olunacaq.
Turnir 4-5 may aralığında start götürəcək turnir Göygöl Olimpiya İdman Kompleksində keçiriləcək
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net