Xavi: Klubun, prezidentin, idman direktorunun və futbolçuların etimadını hiss edirəm
Əziz Əzizli
İspaniya çempionu "Barselona"nın ispaniyalı baş məşqçisi Xavi qərarını dəyişməsinin və yayda Kataloniya klubundan ayrılmayacağının əsas səbəbini açıqlayıb.
Bu haqda "Operativ Media" "Mundo Deportivo"ya istinadən xəbər verir.
“Əvvəlcə mən məsuliyyət hiss etdim və düşündüm ki, kənara çəkilmək daha yaxşıdır. Amma aylar keçdi və indi özümü əmin hiss edirəm. Klubun, prezidentin, idman direktorunun və futbolçuların etimadını hiss edirəm. Bu, əsaslı səbəbdir” deyə Xavi bildirib.
Xavi yanvar ayında vəzifəsini iyunda tərk edəcəyini bildirsə də, ötən həftə klub rəhbərliyinin onu işləməyə davam etməyə razı saldığı məlum olub. Xavinin müqaviləsi 2025-ci ilə kimi nəzərdə tutulub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net