Menyu

Luka Modriç "Real"ın tarixinə düşdü

Əziz Əzizli
Luka Modriç "Real"ın tarixinə düşdü

Luka Modriç “Real”ın tarixinə düşüb. Dünən Münhendə “Bayern”ə qarşı oynayan xorvat yarımmüdafiəçi klubun Çempionlar Liqasında forma geyən ən yaşlı futbolçusu olub.

"Operativ Media" xəbər verir ki, 2:2 hesabı ilə bitən ilk yarımfinal görüşündə meydana ayaq basarkən Modriç 38 yaş 234 günlüyündə olub. Bununla da madridlilərin əfsanəsi Ferents Puşkaşın 1965-ci ildən davam edən rekordu 5 gün yenilənib.

Luka eyni zamanda qitənin ən nüfuzlu turnirində oynamış qocaların siyahısında ilk “üçlüy”ə düşüb. Hazırda xorvat futbolçudan öndə iki italiyal sabiq müdafiəçi var. Paolo Maldini 38, Alessandro Kostakurta 40 yaşı olarkən ÇL-də top qovub

Teqlər:

"Luka Modri\u00e7 \"Real\"\u0131n tarixin\u0259 d\u00fc\u015fd\u00fc"

Əlaqəli Xəbərlər