01 May 2024, 17:02
AFFA rəsmisi AVRO-2024-də UEFA nümayəndəsi olacaq
AFFA rəsmisi AVRO-2024-də UEFA nümayəndəsi olacaq şəkil
AFFA rəsmisi AVRO-2024-də UEFA nümayəndəsi olacaq

Futbol üzrə milli komandamız hələ ki Avropa çempionatlarından kənarda qalsa da, Avro-2024-də Azərbaycan təmsilçisi olacaq.

"Operativ Media" xəbər verir ki, bu haqda AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat yayıb. Azərbaycan futbol tarixində ilk dəfə qitə çempionatının final mərhələsində həmyerlimiz UEFA nümayəndəsi olacaq. Könül Mehtiyeva Avro-2024-ün qrup mərhələsi çərçivəsində iyunun 17-də Belçika – Slovakiya, 20-də Danimarka – İngiltərə, 23-də İsveçrə - Almaniya, 26-da Slovakiya – Rumıniya görüşlərinə və iyulun 1-də 1/8 final qarşılaşmasına nəzarət edəcək.

UEFA nümayəndəsi qitə futbol qurumunun keçirdiyi oyunlara və turnirlərə təyin edilən ən yüksək rütbəli oyun rəsmisidir. Nümayəndə oyunların təşkilinin bütün aspektləri üzrə ümumi səlahiyyətə malikdir, matçın və ya turnirin nizamlı təşkilinin təmin edilməsinə, oyundan əvvəl, oyun zamanı və sonra stadionun istər daxilində, istərsə də xaricində nizam-intizam və təhlükəsizlik qaydalarına riayət olunmasına cavabdehdir.

Son xəbərlər
Sabah 30 dərəcə isti olacaq - PRAQNOZ
ABL: 18-ci turun daha 3 oyunu keçiriləcək
DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edir
Təhsil sistemində süni intellektin daha fəal istifadəsi planlaşdırılır
Qadınlardan ibarət Azərbaycan millisi (U-17) Bolqarıstanla qarşılaşacaq
Dövlət satınalmalarının ümumi dəyəri 30 %-dən çox artıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib
Prezident Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib