Menyu

“Prezident Kuboku 2024”: Azərbaycan avarçəkəni qızıl medal qazandı

Əziz Əzizli
“Prezident Kuboku 2024”: Azərbaycan avarçəkəni qızıl medal qazandı

Azərbaycan avarçəkəni Əlimurad Hacızadə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb.

"Operativ Media" xəbər verir ki, idmançı bir nəfərlik kayakla 500 metr məsafəyə yarışda bütün rəqiblərini qabaqlayıb.

O, 2008-2009-cü il təvəllüdlü atletlərin mübarizəsində fərqlənib.

Qeyd edək ki, turnir mayın 3-də başa çatacaq. Reqatanın ilk günündə Suqovuşanda kayakda 200 metr məsafədə digər təmsilçimiz Amil Ramazanov (2006-2007-ci il) 3-cü olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər