KL: "Fiorentina" qələbə qazandı, "Aston Villa" məğlub oldu
Əziz Əzizli
Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
"Operativ Media" xəbər verir ki, hər iki oyun eyni günə təsadüf edib.
“Aston Villa” İngiltərədə Yunanıstan təmsilçisi “Olimpiakos”la üz-üzə gəlib və gözlənilməz məğlubiyyətə üzülüb.
İtaliya təmsilçisi “Fiorentina” isə evdə Belçikanın “Brügge” komandasına çətinliklə də olsa, qalib gəlib.
Cavab matçları mayın 9-da keçiriləcək.
Avropa Konfrans Liqası
Yarımfinalın ilk oyunları
2 may
“Aston Villa” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan) 2:4
Qollar: Uotkins, 45+1. Diabi, 52 – El Kaabi, 16; 29; 56. Hezze, 67.
“Villa Park” stadionu
“Fiorentina” (İtaliya) – “Brügge” (Belçika) 3:2
Qollar: Söttil, 5. Belotti, 37. Nzola, 90+1 – Vanaken, 17-pen. Tyaqo, 63.
“Artemio Franki” stadionu
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net