Menyu

"Qalatasaray" alman futbol mütəxəssisi ilə yollarını ayırdı

Əziz Əzizli
"Qalatasaray" alman futbol mütəxəssisi ilə yollarını ayırdı

11 noyabr 2022-ci ildə "Qalatasaray" tərəfindən təyin olunan Marko Pezzaiuoli ilə müqaviləyə xitam verilib. Alman futbol mütəxəssisi müqaviləsinin bitməsinə 2 ay qalmış "Qalatasaray"dan ayrılıb

"Operativ Media" "Sabah" nəşrinə istinadən xəbər verir ki, "Qalatasaray"da Marko Pezzaiuoli dövrü başa çatıb. "Sarı-qırmızılar" təxminən 1,5 il əvvəl Pezzaiuolini Akademiya və Gənclərin İnkişafı Direktoru vəzifəsinə təyin etmişdilər.

Xəbərdə Pezzaiuoli'nin Can Uzunu "Qalatasaray"a təklif etdiyi, lakin transferin baş tutmadığı xatırladılıb.

Bu mövsüm çıxdığı 30 matçda 18 qol və 3 məhsuldar ötürmə ilə dəyərini artıran 18 yaşlı Can Uzun Türkiyə millisini seçib.

Teqlər:

"\"Qalatasaray\" alman futbol m\u00fct\u0259x\u0259ssisi il\u0259 yollar\u0131n\u0131 ay\u0131rd\u0131"

Əlaqəli Xəbərlər