06 May 2024, 10:22
"Beşiktaş" dünya çempionunu heyətinə qatmaq istəyir

Türkiyə Super Liqası komandası "Beşiktaş" gələn mövsüm üçün indidən futbolçu axtarışlarını gücləndirib.
"Operativ Media" xəbər verir ki, "ağ-qaralar" "Benfika" klubunun argentinalı futbolçusu Di Marianı heyətinə qatmaq istəyir. Bu iddia ilə Türkiyənin "Fanatik" nəşri çıxış edib.
Qeyd edək ki, argentinalı hücumçunu Lionel Messinin çıxış etdiyi "İnter Mayami" klubu da transfer etmək istəyir.