06 May 2024, 10:43
"Qarabağ" yeni rekorda imza atıb

"Qarabağ” Misli Premyer Liqasının 2023/2024 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda buna 33-cü turda nail olub.
"Operativ Media" PFL-nin saytına istinadən xəbər verir ki, “Neftçi” üzərində 5:0 hesablı qələbə ilə Ağdam təmsilçisinin cari mövsüm öz meydanındakı qol sayı 50-yə yüksəlib. Bu, klubun tarixində yeni rekorddur. “Köhlən atlar” 2021/22 mövsümündə evdə 47 qol vurub.
Bu, həm də Azərbaycan çempionatlarında son 25 ilin rekordudur. Yarışın tarixinin mütləq rekordu isə Sumqayıt “Xəzər”inə məxsusdur. 1992-ci ildə sumqayıtlılar qonaqların qapısından 70 top keçiriblər