06 May 2024, 15:00
Mario Balotelli İtaliya millisi ilə AVRO-2024-də iştirak edə bilər

"Adana Dəmirspor" klubunun italiyalı hücumçusu Mario Balotelli İtaliya millisinin AVRO-2024-də iştirak edəcək heyətinə çağrıla bilər.
"Operativ Media" türkiyəli jurnalist Salim Manava istinadən xəbər verir ki, İtaliya millisinin baş məşqçisi Luçano Spaletti 3 həftə əvvəl Balotelliyə zəng edərək "Hazır ol" deyə bildirib.
Balotelli "Adana Dəmirspor"un baş məşqçisi Hikmət Karamanla əlavə çalışmalara başlayıb.
İtaliya millisinin rəsmiləri "İstanbulspor" - "Adana Dəmirspor" matçını tribunadan izləyib.