06 May 2024, 15:16
"Sportinq"in baş məşqçisi komandada qalacaq
"Sportinq"in baş məşqçisi komandada qalacaq şəkil
"Sportinq"in baş məşqçisi komandada qalacaq

Adı bir çox Avropa nəhəngləri, xüsusən də Premyer Liqa komandaları ilə hallanan Ruben Amorim “Sportinq”də qalacaq.

"Operativ Media" xəbər verir ki, sona 2 həftə qalmış Portuqaliya Liqasında "Sportinq"in çempionluğunu elan edən Amorim çempionluq şənlikləri zamanı növbəti mövsümdə də komandada olacağını bildirib.

Amorim açıqlamasında "Qalıram. Mənim "Sportinq"lə müqaviləm var və bu çempionluğu bütün azarkeşlərə həsr edirəm. İndi üçüncü çempionluq üçün çalışacağıq" deyə bildirib.

Avropanın bir çox komandaları mövsümün sonunda hazırkı məşqçiləri ilə yollarını ayıracaq.

 Ruben Amorimi istəyən komandalar arasında "Liverpul"la yanaşı "Vest Hem Yunayted" də var idi.

Son xəbərlər
Rusiyadan Misirə uçan təyyarə təcili eniş edib
Xankəndidə iftar çadırları qurulub
Xırdalanda restoranda yanğın baş verib
25 Mart 2025, 20:58
Dəmiryol keçidində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq
Azərbaycan - Belarus oyununun start heyəti açıqlandı
Kreml: Rusiya və ABŞ davamlı sülhə nail olmaq üçün fəaliyyəti davam etdirəcəklər
ABŞ İran kəşfiyyatçılarına sanksiya tətbiq etdi
Putin Trampa onun portretini hədiyyə edib