Menyu

Krivotsyuk oynadı, komandası məğlub oldu

Əziz Əzizli
Krivotsyuk oynadı, komandası məğlub oldu
1 dəq oxu

Futbol üzrə Cənubi Koreya çempionatında 11-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Qvanqyu” ilə qarşılaşıb və 1:2 hesabıyla məğlub olub.

Anton da bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub. Komandasının yeganə qolunu da 15-ci dəqiqədə Krivotsyuk vurub.

“Daejeon” hazırda 10 xalla 11-ci pillədə qərarlaşıb

Əlaqəli Xəbərlər