Menyu

PFL ilə "YAŞAT" Fondu arasında memorandum imzalandı

Əziz Əzizli
PFL ilə "YAŞAT" Fondu arasında memorandum imzalandı

Peşəkar Futbol Liqası (PFL) və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb.

"Operativ Media" PFL-in rəsmi saytına istinadən xəbər verir ki, memoranduma əsasən, şəhid övladlarına diqqət və qayğının göstərilməsi və artırılması, onlar arasında sağlam həyat tərzinin təbliği istiqamətində birgə fəaliyyət əməkdaşlığın əsas məqsədi kimi müəyyən edilib.

Tərəflər öz səlahiyyətləri daxilində fəaliyyət sahələrinə uyğun olaraq qarşılıqlı faydalı, uzunmüddətli və səmərəli əlaqələrin qurulması və inkişafı üçün əməkdaşlıq etmək və bu istiqamətdə fəaliyyətlərinin koordinasiyası barədə razılığa gəliblər. PFL bu anlaşmaya əsasən öz bayrağı altında keçirilən oyunlarda (yarışlarda) şəhid övladlarının oyunçularla xüsusi günlərdə (anım günlərində) meydana çıxmasının, o cümlədən onların iştirakının müxtəlif formada təmin edilməsi, şəhid övladları üçün birgə yay düşərgələrinin təşkili, onların arasında sağlam həyat tərzinin, vətənpərvərliyin təbliği yönündə çalışma öhdəliyi götürüb.

Memorandumu PFL prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Elgiz Abbasov və “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov imzalayıblar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər