Menyu

Azərbaycan güləşçiləri Dünya Olimpiya Təsnifat turnirində mübarizəyə başlayırlar

Əziz Əzizli
Azərbaycan güləşçiləri Dünya Olimpiya Təsnifat turnirində mübarizəyə başlayırlar

Bu gün Azərbaycanın yunan-Roma güləşçiləri Türkiyənin İstanbul şəhərində keçiriləcək Dünya Olimpiya Təsnifat turnirində mübarizəyə başlayacaq.

"Operativ Media" xəbər verir ki, yığmanın 4 üzvü xalça üzərinə çıxacaq.

Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq), Murad Əhmədiyev (97 kq) və Sabah Şəriəti (130 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmağa çalışacaq.

Yunan-Roma güləşi

60 kq

Təsnifat mərhələsi

Murad Məmmədov – Aleksandrs Yurkyans (Latviya)

87 kq

Təsnifat mərhələsi

Rafiq Hüseynov – İlyas Paqkalidis (Yunanıstan)

97 kq

Təsnifat mərhələsi

Murad Əhmədiyev – Riçard Karelson (Estoniya)

130 kq

Təsnifat mərhələsi

Sabah Şəriəti – Nikolaos Ntunyas (Yunanıstan)

Qeyd edək ki, hər çəkidə üç idmançı olimpiadaya lisenziya əldə edəcək. Turnir mayın 12-də başa çatacaq

Teqlər:

"Az\u0259rbaycan g\u00fcl\u0259\u015f\u00e7il\u0259ri D\u00fcnya Olimpiya T\u0259snifat turnirind\u0259 m\u00fcbariz\u0259y\u0259 ba\u015flay\u0131rlar"

Əlaqəli Xəbərlər