Azərbaycan güləşçisi Olimpiya Oyunlarına lisenziya qazanıb
Əziz Əzizli
Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov (60 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
"Operativ Media" xəbər verir ki, 28 yaşlı idmançı buna Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanmaqla nail olub.
O, yarımfinal mərhələsində Razvan Arnauta (Rumıniya) qalib gəlib.
Beləliklə, Azərbaycan olimpiadaya 21-ci lisenziyanı qazanıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma