Menyu

Azərbaycan millisinin oyunlarının vaxtı və yeri dəqiqləşdi

Əziz Əzizli
Azərbaycan millisinin oyunlarının vaxtı və yeri dəqiqləşdi

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Türkiyə ilə keçirəcəyi oyunların vaxtı müəyyənləşib.

"Operativ Media" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan komandalar arasında ilk görüş mayın 31-də Ərzincanda baş tutacaq.

“13 Şubat” şəhər stadionundak qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Qardaş ölkə təmsilçisi ilə iyunun 4-də “Dalğa Arena”da keçiriləcək matçın start fiti isə saat 19:00-da səslənəcək.

Yığmamızın son tur çərçivəsində İsveçrə ilə səfər görüşünün isə məkanı bəlli olub. Bakı vaxtı ilə saat 21:00-da başlayacaq oyun Lozannadakı “Olimpik De La Pontez”də təşkil ediləcək.

Qeyd edək ki, iki turdan sonra millimiz 1 xalla qrupda sonuncu pillədə qərarlaşıb. İkinci sıradakı Türkiyənin isə aktivində 3 xal var.

Teqlər:

"Az\u0259rbaycan millisinin oyunlar\u0131n\u0131n vaxt\u0131 v\u0259 yeri d\u0259qiql\u0259\u015fdi"

Əlaqəli Xəbərlər