22 May 2024, 15:36
Qasperini: "Bayer Leverkuzen" mükəmməl komandadır
Qasperini: "Bayer Leverkuzen" mükəmməl komandadır şəkil
Qasperini: "Bayer Leverkuzen" mükəmməl komandadır

Avropa Liqasının finalı öncəsi İtaliyanın “Atalanta”sının baş məşqçisi Can Pyero Qasperini Almaniyanın yeni çempionu “Bayer” Leverkuzen haqqında danışıb.

"Operativ Media" xəbər verir ki, o, rəqibin keyfiyyətlərini yüksək qiymətləndirib.

“Biz inanırıq ki, finala düzgün hazırlaşmaq üçün lazım olan hər şeyi etmişik.

"Bayer" mükəmməl komandadır, inanılmaz təşkilatlanmışdır. Onların bu mövsümdəki nəticələri təsadüfi deyil. Alonso müdafiə və hücumda əla olan universal komanda yaradıb.

Finalda hər şeyi detallardakı fərqlə həll etmək olar. Biz rəqibə böyük hörmətlə yanaşmalı, onların oyununa çox tez uyğunlaşmalı və əks oyun təklif etməliyik”.

Avropa Liqasının final mərhələsinin “Atalanta” – “Bayer” oyunu mayın 22-də Dublindəki “Aviva” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər
Paşinyan Gürcüstanda səfərdədir
MN həftəlik icmalını yayıb - VİDEO
23 Mart 2025, 15:27
DYP dumanlı hava ilə bağlı xəbərdarlıq edib
Azərbaycanın U-17 millisi Belarusa məğlub oldu
Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir
Görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq - XƏBƏRDARLIQ
Gürcüstan cüdo üzrə 2026-cı il Avropa çempionatına ev sahibliyi edəcək
Ayxan Abbasov: “Komandamızın sona kimi vuruşması bizi sevindirdi”