Menyu

Ederson karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə razıdır

Əziz Əzizli
Ederson karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə razıdır

Braziliya millisinin və İngiltərənin “Mançester Siti”nin qapıçısı Ederson Səudiyyə Ərəbistanı klublarından bir neçə sərfəli təklif alıb.

"Operativ Media" insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, o, karyerasını həmin ölkədə davam etdirməyə hazırdır.

30 yaşlı qolkiperin "Mançester Siti" ilə müqaviləsi 2026-cı ilin iyununa qədər nəzərdə tutulub.

O, 2017-ci ildən kataloniyalı Xosep Qvardiolanın rəhbərlik etdiyi komandada çıxış edir. Braziliyalı qapıçı 6 dəfə İngiltərə çempionu, 4 dəfə İngiltərə Liqa Kubokunun qalibi, Çempionlar Liqasının qalibi, İngiltərə Kubokunun qalibi olub. .

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər