Menyu

Azərbaycan güləşçisi Avropa çempionu oldu

Əziz Əzizli
Azərbaycan güləşçisi Avropa çempionu oldu

Bakı İdman Sarayında güləş üzrə U-23 Avropa çempionatı keçirilir.

"Operativ Media" xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov (82 kq) Bakıda keçirilən U-23 Avropa çempionatının qızıl medalını qazanıb. O, finalda İslam Əliyevə (AİN) 8:2 hesabı ilə qalib gəlib.

Murad Əhmədiyev (97 kq) Bakıda keçirilən U-23 Avropa çempionatının bürünc medalın sahibi olub. O, Aapo Viitaladan (Finlandiya) güclü (11:0) olub.

Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev (72 kq) Bakıda keçirilən U-23 Avropa çempionatında bürünc medal uğrunda görüşdə Bolqarıstan təmsilçisi Petar Qornyaşkini 7:4 hesabı ilə məğlub edib.

Bundan əvvəl komandamızın tərkibində Ziya Babaşov (63 kq) Xasay Həsənli (77 kq), qızıl, Nihad Quluzadə (60 kq) gümüş, Rəşad Məmmədov (55 kq), Laçın Vəliyev (87 kq) bürünc medal qazanıb

Teqlər:

"Az\u0259rbaycan g\u00fcl\u0259\u015f\u00e7isi Avropa \u00e7empionu oldu"

Əlaqəli Xəbərlər