23 May 2024, 12:24
Xabi Alonso: "Təhlükəli anlar yarada bilmədik"

Almaniya çempionu "Bayer"in ispaniyalı baş məşqçisi Xabi Alonso Avropa Liqasının finalında İtaliya "Atalanta"sına 0:3 hesablı məğlubiyyəti şərh edib.
"Operativ Media" xəbər verir ki, o, görüş haqda Bundesliqa saytına açıqlama verib.
“Bu matçda bizdən üstün olan “Atalanta”nı təbrik etməliyik. Biz öz oyunumuzu göstərə bilmədik. Rəqib çox intensiv hərəkət edirdi. Futbolçularımızın əhval-ruhiyyəsi yaxşı idi, amma problemlər yaşadıq. Təhlükəli anlar yarada bilmədik”.
"Atalanta” ilk avrokubok titulunu qazanıb.