"Real Madrid" almaniyalı yarımmüdafiəçi Toni Kroosa əvəzləyici axtarır və iki namizədi nəzərdən keçirir.
"Operativ Media" İspaniyanın AS nəşrinə istinadən xəbər verir ki, yayda kral klubu "Bavariya"nın almaniyalı yarımmüdafiəçisi Coşua Kimmix və "Mançester Siti"nin ispaniyalı yarımmüdafiəçisi Rodri ilə danışıqlar aparacaq.
Toni Kroosun "Real"la müqaviləsi iyunun 30-da başa çatacaq. O, Avro-2024-dən sonra peşəkar karyerasını bitirəcəyini açıqlayıb
Dünya çempionu Toni Kroos 2014-cü ildən "Real Madrid"də çıxış edir. O, 463 oyunda 28 qol vurub, 98 məhsuldar ötürmə edib.
Kral komandası ilə o, dördqat İspaniya çempionu, dörd dəfə Çempionlar Liqasının çempionu, beş dəfə klublararası dünya çempionu, dörd dəfə İspaniya Superkubokunun qalibi olub.
Transfermarkt Toni Kroosun transfer dəyərini 12 milyon avro qiymətləndirir.
Teqlər:
"\"Real Madrid\" Toni Kroosa \u0259v\u0259zl\u0259yici axtar\u0131r"