"Napoli" Antonio Konte ilə anlaşıb
Əziz Əzizli
İtaliya "Napoli"si yayda baş məşqçi postunda 55 yaşlı italiyalı Françesko Kalzonanı əvəz edəcək italiyalı Antonio Konte ilə anlaşıb.
"Operativ Media" xəbər verir ki, bu haqda insayder Nikola Skira məlumat yayıb.
Neapol klubu Antonio Konte ilə 3 illik müqavilə imzalayacaq. Onun illik maaşı 6,5 milyon avro olacaq. O, Çempionlar Liqasına vəsiqə qazanacağı halda 2 milyon avro mükafat alacaq.
54 yaşlı mütəxəssis 2023-cü ilim mart ayında "Tottenhem"dən ayrılıb. O, həmçinin "Arezzo", "Bari", "Atalanta", "Siena", "Yuventus", İtaliya millisi, "İnter" və "Çelsi"yə rəhbərlik edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net