"Real Madrid" klubunun türkiyəli futbolçusu Arda Gülər ÇL-nin finalında oynaya bilər.
"Operativ Media" xəbər verir ki, bu haqda jurnalistlərin suallarını cavablandırarkən danışan baş məşqçi Karlo Ançelotti məlumat verib.
"Arda Gülər əlbəttə Çempionlar Liqasının finalında oynaya bilər. O, istedadını və keyfiyyətini göstərib. Matçda faydalı ola bilər. Bu, əlimizdə olan bir seçimdir".
Qeyd edək ki, Çempionlar Liqasının final qarşılaşması iyunun 1-də Uemblidə keçiriləcək. İspaniyanın "Real Madrid" və Almaniyanın "Borussiya Dortmund" komandaları qarşılaşacaq.