Ana səhifə / İdman / Mbappe Avropanın ən yaxşı oyunçusu seçilib Mbappe Avropanın ən yaxşı oyunçusu seçilib 29.05.2024, 12:37 Əziz Əzizli Fransa çempionu PSJ-nin və Fransa millisinin hücumçusu Kilyan Mbappe illik "Globe Soccer Awards"da Avropanın ən yaxşı futbolçusu seçilib. "Operativ Media" xəbər verir ki, Jude Bellinqem (Real Madrid), Fil Foden (Mançester Siti), Antuan Qrizmann (Atletiko Madrid), Seru Girassi (Ştutqart), Erlinq Hollann (Mançester Siti), Harri Keyn (Bavariya), Lautaro Martinez (İnter) , Rodri (Mançester Siti), Məhəmməd Salah (Liverpul), Bernardo Silva (Mançester Siti) və Vinisius Junior (Real Madrid) siyahıda yer alıb. Mbappe başa çatan mövsümdə PSJ ilə bütün turnirlərdə 48 matçda iştirak edib, 44 qol vurub, 10 məhsuldar ötürmə edib. Teqlər: "Mbappe Avropan\u0131n \u0259n yax\u015f\u0131 oyun\u00e7usu se\u00e7ilib"
02.03.2026, 10:35 Kir Starmer: "İran PUA-larına qarşı körfəz ölkələrinə ukraynalı ekspertlər kömək edəcək"