"Operativ Media" xəbər verir ki, Yunanıstanın “Olimpiakos” və İtaliya təmsilçisi “Fiorentina” klublarının üz-üzə gəldiyi final matçında birincilər minimal hesablı qələbə qazanıb.
Afinadakı “AEK Arena”da baş tutan matçın əsas vaxtı qolsuz bitib. Qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılıb. 116-cı dəqiqədə florensiyalıların qapısına yol tapan Ayub El Kaabi “Olimpiakos”un qələbə qolunun müəllifi olub.
“Qırmızı-ağlar” tarixində ilk dəfə yüksəldiyi avrokubok finalında Konfrans Liqasının qalibi adını qazanıb.