Menyu

Azərbaycan millisinin rəqibləri müəyyənləşdi

Əziz Əzizli
Azərbaycan millisinin rəqibləri müəyyənləşdi

Bu gün final mərhələsi Riqa və Kaunasda (Latviya və Litvada) keçiriləcək AÇ-2026-nın əsas mərhələsinin püşkü atılıb.

"Operativ Media" xəbər verir ki, 40 komanda hər birində 4 iştirakçı olmaqla 10 qrupa bölünüb.

Millimiz 5-ci qrupda yer alıb, Xorvatiya, İsveç və Yunanıstanla qarşılaşacaq.

Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Qrup qalibləri birbaşa, ən yaxşı göstəriciyə malik 8 qrup ikincisi isə pley-off (ev-səfər) oyunlarında üz-üzə gələcək. İki oyunun yekununda üstün olan tərəf həlledici mərhələdə oynamaq hüququ əldə edəcək. Final mərhələsində bu iştirakçılara meydan sahibləri – Latviya və Litva da qoşulacaq və 16 milli Avropa çempionu olmaq uğrunda mübarizəyə başlayacaq

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər