Menyu

Azərbaycan millisi Türkiyəyə məğlub oldu

Əziz Əzizli
Azərbaycan millisi Türkiyəyə məğlub oldu

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Operativ Media" xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan millimiz üçüncü matçında Türkiyə yığması ilə səfərdə qarşılaşıb.

“Ərzincan 13 Şubat” stadionunda təşkil olunan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Türkiyə komandasının heyətində qolu 43-cü dəqiqədə penaltidən Ebru Topçu vurub.

Bu nəticədən sonra Türkiyə yığması xallarının sayını 6-ya yüksəldib. Azərbaycan millisinin isə hesabında 1 xal var.

Qeyd edək ki, bu komandalar qrup mərhələsinin 4-cü turu çərçivəsində iyunun 4-də, saat 19:00-da “Dalğa Arena”da qarşılaşacaqlar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər