Menyu

Azərbaycan millisi Avropa Çempionatına qələbə ilə başladı

Əziz Əzizli
Azərbaycan millisi Avropa Çempionatına qələbə ilə başladı
1 dəq oxu

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan Avropa çempionatında mübarizəyə başlayıb.

"Operativ Media" xəbər verir ki, ilk oyununda Belçika komandası ilə üz-üzə gələn yığma 3:0 hesablı qələbə qazanıb.

Yığmanın heyətində 25+1-ci və 35-ci dəqiqələrdə Vüsal İsayev dubl edib. Digər qolu isə Samir Həmzəyev 39-cu dəqiqədə rəqib qapısından keçirib.

Əlaqəli Xəbərlər