Abdullah Zubir 60-a çatdı
Əziz Əzizli
Azərbaycan Kubokunun final oyunundakı qələbə qolu Abdullah Zubir üçün əlamətdar olub.
"Operativ Media" xəbər verir ki, fransalı futbolçu “Qarabağ”ın heyətində 60-cı dəfə fərqlənib. O, “Zirə” ilə görüşdə komandasına 2:1 hesablı qələbə qazandıran qolun müəllifi olub.
Zubir 60-cı qolunu 262-ci matçında vurub. Fransalı Premyer Liqada 42, avrokuboklarda 14, ölkə kubokunda 4 dəfə adını tabloya yazdırıb.
Qeyd edək ki, Zubir 2018-ci ilin yayından “Qarabağ”da çıxış edir
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net