Menyu

Riçard Almeyda daha bir il "Qarabağ"da - RƏSMİ

Əziz Əzizli
Riçard Almeyda daha bir il "Qarabağ"da - RƏSMİ
1 dəq oxu

“Qarabağ” futbolçusu Riçard Almeyda ilə müqaviləni yeniləyib.

"Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Klubla 35 yaşlı yarımmüdafiəçi arasında anlaşma bir il müddətinə uzadılıb. Riçardın yeni müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

O, "Qarabağ"da 9 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub. Riçard bu müddətdə Premyer Liqada 238 oyunda 46 qol vurub.

Əlaqəli Xəbərlər