Menyu

Mbappe: "Xəyallarımın komandasına keçdim"

Əziz Əzizli
Mbappe: "Xəyallarımın komandasına keçdim"

Kilyan Mbappe “Real”a keçidini şərh edib. Fransa yığmasının üzvü bu barədə sosial şəbəkə hesabında yazıb.

"Operativ Media" xəbər verir ki, PSJ-ni azad agent kimi tərk edərək Madridə gələn 25 yaşlı hücumçu arzusunun reallaşdığını bildirib: “Mən həm xoşbəxtəm, həm də fəxr edirəm ki, arzularımın komandasına qoşuldum. Hazırda necə həyəcanlı olduğumu heç kim təsəvvür edə bilməz. Azarkeşlərlə görüşümü səbirsizliklə gözləyirəm. İnanılmaz dəstəyə görə onlara təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, iyunun 3-də Mbappe “Real”la 5 illik müqaviləyə imza atıb.

Teqlər:

"Mbappe: \"X\u0259yallar\u0131m\u0131n komandas\u0131na ke\u00e7dim\""

Əlaqəli Xəbərlər