04 İyun 2024, 12:15
Coy-Lens Mikels "Sabah"a qayıdır? - AÇIQLAMA
Coy-Lens Mikels "Sabah"a qayıdır? - AÇIQLAMA şəkil
Coy-Lens Mikels "Sabah"a qayıdır? - AÇIQLAMA

Səudiyyə Ərəbistanı 1-ci liqası komandası "Əl-Faisali"də çıxış edən Coy-Lens Mikelsin "Sabah"a qayıdacağı ilə bağlı mətbuatda xəbərlər yazılır.

Məlumatı dəqiqləşdirmək üçün "Sabah"ın mətbuat xidməti ilə əlaqə saxladıq.

Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun "Operativ Media"ya verdiyi açıqlamasında heç bir oyunçu ilə razılıq əldə edilmədiyini bildirib.

"Transferlərlə bağlı məsələlərə qarşıdakı günlərdə aydınlıq gələcək. Hələ ki, heç bir oyunçu ilə anlaşma əldə edilməyib. Hər hansı futbolçu ilə rəsmi razılıq əldə olunsa, bu barədə rəsmi səhifələrimiz vasitəsilə ictimaiyyətə ətraflı məlumat veriləcək".

Qeyd edək ki, Mikels 2023-cü ilin yayında komandanı tərk etmişdi.

Son xəbərlər
ABL: 18-ci turun daha 3 oyunu keçiriləcək
DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edir
Təhsil sistemində süni intellektin daha fəal istifadəsi planlaşdırılır
Qadınlardan ibarət Azərbaycan millisi (U-17) Bolqarıstanla qarşılaşacaq
Dövlət satınalmalarının ümumi dəyəri 30 %-dən çox artıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib
Prezident Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçuları təltif edilib