Menyu

"Porto" baş məşqçisi ilə yollarını ayırdı

Əziz Əzizli
"Porto" baş məşqçisi ilə yollarını ayırdı
1 dəq oxu

Portuqaliya "Porto"su Serxio Konseysao ilə yollarını ayırıb.

"Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Klubdan verilən açıqlamada, "Mavi-ağlar tarixində ən çox matç keçirən, ən çox qalibiyyət qazanan və ən çox kubok qazanan məşqçi kimi Konseysao Porto ilə vidalaşır" deyə bildirilib.

2017-ci ildən “Portu”nu çalışdıran Serxio Konseysao Portuqaliya klubu ilə 11 kubok qazanıb.

Bu mövsüm çempionluq yarışından uzaq olan "Portu" 72 xalla liqanı 3-cü pillədə başa vurub.

Serxio Konseysaonun Fransa Liqa 1 komandası "Marsel" ilə müqavilə imzalayacağı gözlənilir.

Əlaqəli Xəbərlər