Menyu

"Qarabağ" rusiyalı qapıçını göndərdi

Əziz Əzizli
"Qarabağ" rusiyalı qapıçını göndərdi
1 dəq oxu

 

"Qarabağ" qapıçısı Andrey Lunyovla yollarını ayırıb.

"Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı rusiyalı qolkiperlə başa çatan müqavilə uzadılmayıb.

2023-cü ilin yayından "atlılar"da çıxış edən Lunyov bu müddətdə 34 matça çıxıb. O, Premyer Liqada 19, kubokda 5, avrokuboklarda 10 oyun keçirib. Andrey “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.

Əlaqəli Xəbərlər