Qadınlardan ibarət Azərbaycan millisi Türkiyəni məğlub etdi
Əziz Əzizli
Qadınlardan ibarət futbol üzrə Azərbaycan milli komandası 2025-ci il Avropa çempionatının B Liqasının 1-ci qrupunun 4-cü oyununda Türkiyəni qonaq edib.
"Operativ Media" xəbər verir ki, "Liv Bona Dea" Arenada keçirilən oyunda Azərbaycan 1:0 hesabı ilə qalib gəlib.
Azərbaycanın qolunu 89-cu dəqiqədə Nigar Mirzəliyeva vurub.
Bu görüşlə Azərbaycan millisi ilk qələbəsini qazanıb