Menyu

"Səbail" Ağabala Ramazanovla yollarını ayırdı

Əziz Əzizli
"Səbail" Ağabala Ramazanovla yollarını ayırdı
1 dəq oxu

"Səbail" PFK Ağabala Ramazanovla yollarını ayırıb.

"Operativ Media" xəbər verir ki, Ağabala Ramazanovla “Səbail” PFK arasında müqavilənin müddəti başa çatıb.

Qeyd edək ki, Ramazanov karyerası ərzində 2 dəfə - 2018-2020 və 2022-2024-cü illər mövsümündə “dənizçilər”in formasını geyinib, ümumilikdə 80 oyuna çıxıb. O, bu matçlarda 20 qol vurub, 8 məhsuldar ötürmə edib.

Əlaqəli Xəbərlər