Menyu

AÇ: Azərbaycan millisi Bolqarıstanla qarşılaşacaq

Əziz Əzizli
AÇ: Azərbaycan millisi Bolqarıstanla qarşılaşacaq
1 dəq oxu

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində minifutbol üzrə Avropa çempionatı davam edir. Bu gün yarışda 1/8 final oyunları keçiriləcək.

"Operativ Media" xəbər verir ki, Azərbaycan millisi Bolqarıstanla qarşılaşacaq. Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv qalib gələrsə, 1/4 finalda Qazaxıstan – Sloveniya cütünün qalibi ilə oynayacaq.

19:30. Azərbaycan – Bolqarıstan

Xatırladaq ki, Azərbaycan qrup mərhələsində Belçika (3:0), İtaliya (2:1) və Fransaya (3:1) qalib gəlib

Əlaqəli Xəbərlər