Sosial şəbəkələrdə ən çox izləyicisi olan on klub açıqlanıb
Əziz Əzizli
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) aparıcı sosial şəbəkələrdə (X: keçmiş Twitter, Instagram, Facebook, TikTok) ən çox izləyicisi olan on futbol klubunu dərc edib.
"Operativ Media" xəbər verir ki, İspaniya çempionu və Çempionlar Liqasının qalibi “Real Madrid” 441 milyon izləyicisi ilə birinci yerdədir.
İkinci yerdə İspaniyanın vitse-çempionu "Barselona"dır (361 milyon). İlk üçlüyü ingilis "Mançester Yunayted" (216 milyon) tamamlayır.
Fransa çempionu PSJ (184 milyon), İngiltərə çempionu "Mançester Siti" (158 milyon), "Yuventus" (156 milyon), İngiltərə "Liverpul"u (144 milyon), London "Çelsi"si (142 milyon), Almaniya vitse-çempionu "Bavariya" (137 milyon) və İngiltərə vitse-çempionu London "Arsenal" (102 milyon) da onluədadır.
Teqlər:
"Sosial \u015f\u0259b\u0259k\u0259l\u0259rd\u0259 \u0259n \u00e7ox izl\u0259yicisi olan on klub a\u00e7\u0131qlan\u0131b"