Menyu

17 yaşadək futbolçular arasında Avropa çempionatının qalibi müəyyənləşdi

Əziz Əzizli
17 yaşadək futbolçular arasında Avropa çempionatının qalibi müəyyənləşdi
1 dəq oxu

İtaliyanın 17 yaşadək futbolçulardan ibarət komandası Avropa çempionu adını qazanıb.

"Operativ Media" xəbər verir ki, Kiprdə keçirilən çempionatın finalında italyanlar Portuqaliya yığmasını 3:0 hesabı ilə məğlub ediblər .

“Milan”ın hücumçusu Françesko Kamarda dubla imza atıb. “Roma”nın yarımmüdafiəçisi Federiko Koletta da fərqlənib.

Yarımfinalda İtaliya Danimarka komandasına 1:0 hesabı ilə qalib gəlib.

Əlaqəli Xəbərlər