Menyu

Türkiyə millisinin sabiq futbolçusu Rumıniya klubunu çalışdıracaq

Əziz Əzizli
Türkiyə millisinin sabiq futbolçusu Rumıniya klubunu çalışdıracaq
1 dəq oxu

Keçmiş futbolçu Mehmet Topalın məşqçi kimi çalışdıracağı ilk klubu məlum olub.

"Operativ Media" xəbər verir ki, Rumıniyanın "Petrolul Ploieşti" komandası Mehmet Topal ilə 3 illik müqavilə imzalandığını açıqlayıb.

Mehmet Topal "Petrolul Ploieşti"də çalışacağı köməkçiləri seçərək komandasını formalaşdırıb. Topalın komandasında 4 türk və 2 rumıniyalı məşqçi yer alacaq. 6 nəfərdən ibarət komanda cümə günü Rumıniyada olacaq.

Mövsümə iddialı başlamaq istəyən Rumıniya komandası Türkiyədə mövsümöncəsi 2 düşərgə proqramı da planlaşdırır. Mehmet Topalın transfer siyahısında Türkiyə liqasında çıxış edən futbolçular da var

Əlaqəli Xəbərlər