Menyu

Messi karyerasını başa vuracağı klubu açıqladı

Əziz Əzizli
Messi karyerasını başa vuracağı klubu açıqladı
1 dəq oxu

Argentina millisinin 36 yaşlı hücumçusu Lionel Messi karyerasını Amerikanın "İnter Mayami"sində başa vurmaq niyyətindədir.

"Operativ Media" xəbər verir ki, bu haqda futbolçu ESPN-ə musahibəsində bildirib.

“Bəli, “İnter Mayami” mənim son klubum olacaq. Mən futbol oynamağı sevirəm və indi bundan daha çox həzz alıram, çünki karyerama daha az vaxt qalıb”.

Messi 2023-cü ilin yayında "İnter Mayami"yə keçib və 29 matçda iştirak edib, 25 qol vurub, 16 məhsuldar ötürmə edib.

Transfermarkt Messinin transfer dəyərini 30 milyon avro qiymətləndirir

Əlaqəli Xəbərlər