Azərbaycanlı şahmatçı dünya çempionatında bürünc medal qazandı
Əziz Əzizli
Hindistanın Qandinaqar şəhərində təşkil edilən şahmat üzrə gənclər arasında dünya çempionatına yekun vurulub.
"Operativ Media" xəbər verir ki, ötən il 18 yaşlılar arasında dünya çempionatının qızıl medalını qazanan Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva mötəbər yarışda da mükafata layiq görülüb. 11 turdan sonra 8,5 xal toplayan A.Allahverdiyeva dünya çempionatında bürünc medal əldə edib.
Digər şahmatçılarımız Nərmin Abdinova və Səbinə Rzalı mükafatçılar sırasına düşə bilməyiblər.
Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən yarışda 44 ölkədən 102 şahmatçı mübarizə aparıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net